EN

Bankların dollar alışı artıb, satışı azalıb

BAKI, 25 dekabr. TELEQRAF

Cari ilin noyabr ayında Azərbaycanda banklar tərəfindən 149 milyon 625.4 min ABŞ dolları alınıb.

Teleqraf xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə bankların dollar alışı 38.7% artıb.

Bankların ötən ay avro alışı 8.1% artaraq 8 milyon 442.1 min avro təşkil edib. İngilis funt sterlinqi alışı 17.2% artaraq 339.6 min funt, Rusiya rublu alışı isə 4.4 dəfə artaraq 764 milyon 683.3 min rubl olub.

Banklar noyabrda 94 milyon 306.1 min dollar, 9 milyon 201.6 min avro, 797.3 min funt sterlinq və 167 milyon 401.7 min rubl satıb. Dollar satışı 62%, avro 59.2%, funt sterlinq 43.9%, rubl satışı isə 33% azalıb.

Hesabat dövründə bankların mübadilə mərkəzlərində dollar üzrə orta məzənnə 1.6977 manat təşkil edib. Avro üzrə orta məzənnə 1.9592 manat, funt sterlinq üzrə 2.2383 manat, rubl üzrə isə 0.0207 manat olub.

Chosen
104
2
teleqraf.com

3Sources