EN

İslandiyada tarixdə ən isti Milad gecəsi qeydə alınıb

Ajans.az Danimarkanın TV2 telekanalına istinadən xəbər verir ki, İslandiya Meteorologiya İnstitutu Milad gecəsi maksimum temperaturun 19,7 dərəcə Selsiyə çatdığını açıqlayıb. Eyni zamanda, İslandiyanın RÚV telekanalı ölkənin şərq sahilində yerləşən Seyðisfjörður şəhərində temperaturun 19,8 dərəcə Selsi olduğunu bildirib. Bu göstərici yeni temperatur rekordu kimi qiymətləndirilir. Qeyd olunur ki, bu rəqəmlər Arktika Dairəsinə yaxın ərazidə qışın ortası üçün gözləniləndən xeyli yüksəkdir. Temperatur İslandiyanın ən isti ayı hesab edilən iyulun orta göstəricilərindən (9–15 dərəcə Selsi) təxminən 10 dərəcə yüksək olub.

 

Chosen
33
Ajans.az

1Sources