EN

Ermənistan İranla strateji tərəfdaşlıq sənədi imzalamaq istəyir

Türkiyə ilə ikitərəfli dialoqda təkcə rəmzi olmayan addımların atılmasının vaxtı çatıb.

"Yeni Sabah" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan dekabrın 25-də jurnalistlərlə söhbətində belə deyib.

Onun sözlərinə görə, daha geniş, konkret addımlar atılmalıdır. Paşinyan bu addımların atılacağına ümid etdiyini bildirib.

Abş nazir daha əvvəl Türkiyə prezidenti Ərdoğanın bəyan etdiyi kimi, Türkiyənin 2026-cı ildə rəmzi addımlar atmağa hazır olmasını alqışlayıb.

Paşinyan bildirib ki, Ermənistan İranla strateji tərəfdaşlıq sənədi imzalamaq istəyir.

O, Tehranla əlaqələrin dinamik inkişafını yüksək qiymətləndirib. "İranla münasibətlərimiz çox yüksək səviyyədədir. İranla strateji tərəfdaşlıq sənədi imzalamaq istəyirik", - Paşinyan əlavə edib.

Xatırladaq ki, Ermənistan 2025-ci ilin əvvəlində ABŞ ilə Strateji Tərəfdaşlıq Xartiyasını, daha yaxınlarda isə Avropa İttifaqı ilə Strateji Tərəfdaşlıq Gündəliyini imzalayıb.


Telegram kanalımız
Chosen
30
3
yenisabah.az

5Sources