EN

Ramiz Məmmədov 4 transfer istəyir AÇIQLAMA

Fanat saytından verilən məlumata görə, ain.az xəbər verir.

I Liqa təmsilçisi "Mingəçevir"in fasilə dönəmində əl gəzdirəcəyi mövqelər bəllidir.

Bu barədə Fanat.Az-a bölgə təmsilçisinin baş məşqçisi Ramiz Məmmədov məlumat verib:

"Fasilədə bəzi mövqeləri gücləndirməyi düşünürük. Müdafiədə dəyişikliyə ehtiyac yoxdur. Arxa xəttin performansı məni qane edir. Zərurət olmasaydı, "çərçivə"yə də transfer gərək deyildi. 21 yaşlı Sahib Həsənov ehtiyat qapıçımızdır, bəzi oyunlarda meydana buraxmışıq. Ancaq yanvarda hərbi xidmətə yollanacaq. Bu üzdən qapıya yeni transfer etməyi düşünürük. Klubun öz yetirmələrinə də baxacağıq, kənardan da cəlb edə bilərik. Buna yaxın günlərdə qərar verəcəyik. 

Əsas gücləndirməli olduğumuz mövqe yarımmüdafiə və hücum xəttidir. Ön xəttə üç oyunçu götürmək istəyirik".

Qeyd edək ki, 12 oyunda 21 xal yığan "Mingəçevir" qış fasiləsinə 4-cü pillədə yollanıb. 

Mirağa

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
22
1
fanat.az

2Sources