EN

Şamil Ayrım İlham Əliyevi təbrik etdi

ain.az bildirir, Yeniavaz portalına istinadən.

Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Yeniavaz.com xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə Zati-alinizi səmimiyyətlə təbrik edir, Sizə və ailənizə cansağlığı, uzun ömür, xoşbəxtlik və rifah arzulayıram.

Zati-alinizin Ali Baş Komandan kimi qətiyyətli rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi və 24 saatlıq antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi təkcə qardaş Azərbaycan xalqı üçün deyil, həm də Türkiyə xalqı üçün böyük qürur və şərəf mənbəyi olmuşdur.

Cənab Prezidentimiz Rəcəb Tayyib Ərdoğanla birlikdə həyata keçirdiyiniz ortaq ideallar və uğurlu əməkdaşlıq bizə gələcək üçün böyük ümid və ruh yüksəkliyi verir.

Sizin Qafqazda sülhün memarı kimi humanist və müdrik siyasətinizlə bütün dünyaya nümunəvi liderlik göstərdiyinizi böyük heyranlıqla izləyirik.

Qardaş Azərbaycanın bütün məqsədlərinə uğurla çatacağı ümidi ilə qarşıdan gələn Yeni il münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram.

Zati-alinizə dərin hörmət və ehtiramımı bildirirəm”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
23
15
yeniavaz.com

10Sources