EN

Kosovoda oynayan azərbaycanlı futbolçuya Premyer Liqadan maraq var 

Kosovonun “Drenitsa” klubunda çıxış edən azərbaycanlı futbolçu Elmir Tağıyev komandadan ayrıla bilər.

İdmanxeber.az-a verilən məlumata görə, yarımmüdafiəçiyə Azərbaycan klublarından maraq var. Premyer Liqada çıxış edən iki komanda onun xidmətində maraqlıdır.

Tağıyev özü də ölkəmizə qayıtmaq niyyətindədir. Çünki futbolçu son vaxtlar “Drenitsa”da forma şansı qazana bilmir. Onun komandası ilə mövsüm sonuna qədər müqaviləsi var.

Xatırladaq ki, yarımmüdafiəçi yayda Kosovo klubuna transfer olunmuşdu.

Chosen
31
idmanxeber.az

1Sources