EN

Türkiyədə qaçaqmalçılıq əməliyyatı - 11 nəfər həbs olunub

Türkiyədə saxta və qaçaqmalçılıq yolu ilə gətirilən spirtli içkilərin istehsalı və ticarətinin qarşısını almaq üçün 16 rayonda 86 əməliyyatlar keçirib.

Missiya.Az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə İzmir Vilayət Polis İdarəsi məlumat yayıb.Axtarışlar zamanı saxta etiketli 10,6 ton etil spirti, 2457 şüşə saxta və qaçaqmalçılıq yolu ilə gətirilən spirtli içkilərin istehsalında istifadə olunan 1491 ədəd avadanlıq müsadirə edilib.Qeyd edək ki, əməliyyatlar zamanı 104 şübhəli saxlanılıb və onlardan 11-i barəsində həbs qərarı verilib. Araşdırmalar davam etdirilir.

İlahə QənbərliMissiya.Az

Chosen
50
missiya.az

1Sources