EN

Qəbələdə qəza - Xəsarət alanlar var

Qəbələ rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Soltannuxa kəndi ərazisində qeydə alınıb.

1956-cı il təvəllüdlü Aydın Xasəmmədovun idarə etdiyi "Mitsubishi" markalı avtomobillə 1959-cu il təvəllüdlü Bəxtiyar Gəncimovun idarə etdiyi "Toyota" markalı avtomobillə toqquşub.

Hadisə nəticəsində hər iki sürücü xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

Chosen
85
avtosfer.az

1Sources