EN

Xankəndidə terror planlaşdıran Avanesyanın növbəti məhkəməsi başladı

Xankəndidə terrorçuluq və digər xüsusilə ağır cinayətlər törətməkdə təqsirləndirilən Karen Avanesyanın məhkəmə prosesi keçirilir.

NOCOMMENT.az -ın Qərb bürosunun məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesə hakim İlkin İbişov sədrlik edib.

Təqsirləndirilən Avanesyan Karen Albertoviç tərcüməçi və vəkillə təmin olunub. Təqsirləndirilən Karen Avanesyan yenidən ifadə verib.

Qeyd edək ki, dekabrın 22 də keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror Karen Avanesyanın 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Hazırda proses davam edir.

Chosen
34
1
nocomment.az

2Sources