EN

Peruda prezidentliyə rekord sayda namizəd qeydə alınıb

ain.az xəbər verir, Azvision saytına əsaslanaraq.

AzVision.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, namizədlərin yekun siyahısı martın 14-də dərc olunacaq və istənilən Peru vətəndaşı mövcud qanunvericiliyə uyğun şəkildə istənilən namizədin siyahıya salınmasına etiraz etmək hüququna malikdir.

Peruda coşmuş ehtiraslar səngimir | VİDEO

Namizədlər sırasında keçmiş futbolçu Corc Forsayt, tanınmış komediya ustası və parodist Karlos Alvares və əvvəlki prezidentlərin qohumları da yer alıblar. Qeyd edək ki, 2021-ci il prezident seçkilərinə 18 namizəd qatılmışdı. Oktyabrın 10-na keçən gecə əvvəlki prezident Dina Boluartenin impiçmentindən sonra növbəti seçkilər 2026-cı il aprelin 12-nə təyin edilib. Yeri gəlmişkən, Peru məhkəməsi korrupsiya işi üzrə keçmiş prezident (2018-2020) Martin Viskarranı 14 il müddətinə azadlıqdan məhrum edib. Sahil İsgəndərov

AzVision.az Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
62
azvision.az

1Sources