EN

Qara Qarayev "Araz-Naxçıvan"dan getdi

"Araz-Naxçıvan"ın yarımmüdafiəçisi Qara Qarayev komandadan ayrılıb.

Fanat.Az xəbər verir ki, məlumatı Naxçıvan təmsilçisinin mətbuat xidməti yayıb. 

Bildirilib ki, təcrübəli yarımmüdafiəçi klub rəhbərliyi ilə görüşərək, komandadan ayrılmaq istədiyini bildirib. Futbolçunun müraciətini nəzərə alan klub rəhbərliyi ona xidmətlərinə görə təşəkkür edib, mövsümün sonuna qədər olan müaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Qara Qarayev ötən ilin oktyabrından “qırmızı-ağlar”ın heyətində çıxış edirdi.

Chosen
27
14
fanat.az

10Sources