EN

ABŞ-nin bu bölgələrində fövqəladə vəziyyət elan edildi

ABŞ-nin Kaliforniya ştatında güclü yağış və fırtına səbəbindən bəzi bölgələrdə fövqəladə vəziyyət elan edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Kaliforniya qubernatoru Gavin Nevsom son günlər ştatda təsirli olan yağış və fırtına ilə bağlı açıqlama verib.

Qubernator Los-Anceles, Orinc (Orange), Riversayd, San Bernardino, San Dieqo və Şasta bölgələri üçün fövqəladə vəziyyət elan edildiyini bildirib.

Kaliforniyada davam edən güclü yağış və fırtınaların sel və torpaq sürüşməsi riskini artırdığını qeyd edən Newsom yanvar ayında Pasifik Paliseyds bölgəsində baş vermiş yanğından sonra zərər görmüş ərazilərin güclü yağışlar, palçıq sürüşmələri və dağıntı axını təhlükəsi ilə üz-üzə qaldığını vurğulayıb.

O, Kaliforniyanın güclü qış fırtınasının təsiri altına düşməsinin gözlənildiyini bildirərək, fövqəladə hallar üzrə müdaxilə qruplarının əvvəlcədən yerləşdirilməsi barədə göstəriş verib.

Kaliforniya ştatının şimalında güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində evlər və yollar su altında qalıb, 1 nəfər həyatını itirib.

Chosen
71
operativmm.az

1Sources