EN

Bu il Azərbaycan və ona bitişik ərazilərdə 19 zəlzələ hiss edilib

Apa.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

2025-ci ildə rəqəmsal məlumatlar əsasında seysmikliyin analizi aparılıb. 2025-ci ilin dekabr ayının 25-ə qədər Azərbaycan ərazisində 5543, Azərbaycan və ona bitişik ərazilərdə 8993 yeraltı təkanlar qeydə alınıb.

APA xəbər verir ki, bunu Respublika Seysmoloji Xidmət Mərkəzində AMEA-nın Yer Elmləri bölməsinin və RSXM-nin birgə iclasında professor Qurban Yetirmişli bildirib.

O qeyd edib ki, Azərbaycan və ona bitişik ərazilərdə 19 zəlzələ hiss olunub. Maqnitudası 3-dən yuxarı olan 75 yeraltı təkan qeydə alınıb. Seysmik stansiyalar tərəfindən il ərzində 2400 yeraltı partlayışlar qeydə alınıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
31
6
apa.az

10Sources