Qaynarinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Fövqəladə Hallar Nazirliyi (FHN) Əsaslı Tikinti İdarəsi təkzib etdiyi xəbərimizi 27 gün sonra təsdiqləyib.
Bu ilin noyabr ayının 27-də Qaynarinfo-da Fövqəladə Hallar Nazirliyinin (FHN) Əsaslı Tikinti İdarəsinə Ruslan Vaqif oğlu Səlimovun rəis təyin edilməsi ilə bağlı xəbər dərc olunub.
Xəbərdə qeyd edilirdi ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə Ruslan Səlimov sözügedən quruma rəis təyin olunub.
Səbuhi Ağayevin rəhbərlik etdiyi FHN-nin İctimaiyyətlə əlaqələr idarəsi isə xəbəri qərəzli şəkildə digər saytlarda təkzib edərək, Ruslan Səlimovun sözügedən quruma rəis deyil, müavin təyin olunduğunu bildirib.
Amma Cəmi 27 gün sonra FHN-nin rəsmi saytında Ruslan Vaqif oğlu Səlimovun Əsaslı Tikinti İdarəsinin rəisi olduğu qeyd edilib.

Səbuhi Ağayev atıq bir neçə dəfədir ki, Qaynarinfo-nun xəbərlərini məqsədli şəkildə təkzib edərək ictimaiyyəti çaşdırmağa çalışır. Görünən odur ki, idarə rəisinin məqsədi FHN-lə bağlı Qaynarinfo-da dərc olunan məlumatlara cəmiyyətin inanmamasına nail olmaqdır.
Aydın
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.