EN

Məşhur aktrisa Moskvanı göz yaşlarına inandırdı Alentova dünyasını dəyişdi

Bakupost saytından alınan məlumata görə, ain.az bildirir.

Rusiya teatr və kino dünyası ağır itki ilə üzləşib. Rusiya Federasiyasının xalq artisti Vera Alentova 83 yaşında dünyasını dəyişib.Bakupost.az xəbər verir ki, bu barədə TAСС məlumat yayıb. Alentova uzun illər Moskva Pushkin Teatrının səhnəsində fəaliyyət göstərib və teatr sənətinə böyük töhfələr verib.Vera Alentova həm teatr səhnələrində, həm də kino ekranlarında uzunmüddətli və zəngin karyeraya malik olub. O, Sovet və rus kino tarixinin ən tanınmış aktrisalarından biri hesab edilir. Alentova ən çox 1980-ci ildə çəkilmiş “Moskva göz yaşlarına inanmır” filmi ilə tanınıb. Filmin çəkilişi zamanı rejissor Vladimir Menşov əsas obraza aktrisa tapa bilmədiyi üçün öz həyat yoldaşı Vera Alentovanı baş rola çəkib. Filmdə Katerina obrazını canlandıran aktrisa tamaşaçılar tərəfindən böyük rəğbət qazanıb.Filmin uğuru həm də beynəlxalq səviyyədə tanınıb: 1981-ci ildə “Ən yaxşı xarici dil filmi” nominasiyasında “Oskar” mükafatını qazanaraq SSRİ kino tarixində bu kateqoriyada qalib olmuş yeganə filmlərdən biri olub. Film Sovet cəmiyyətində qadınların peşəkar və şəxsi həyat uğurları uğrunda mübarizəsini realist şəkildə təsvir edir.Cavid, BakuPost

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
94
www.bakupost.az

1Sources