EN

Premyer Liqanın penalti statistikası

ain.az bildirir, futbolpress-az portalına istinadən.

Azərbaycan Premyer Liqasında 16 turda ən çox penalti təyin edən hakim Rəşad Əhmədovdur.

Futbolpress.az–ın məlumatına görə, referi 7 matçda 5 dəfə qapılara 11 metrlik zərbə təyin edib.

Ən çox penalti qazanan komanda isə “Sumqayıt”dır. “Kimyaçılar” 16 matçda 5 dəfə penalti vurmaq imkanı qazanıb. “Sumqayıt” bunların 2-dən yararlana bilib. Ən çox penaltiyə səbəb olan komanda isə “Karvan-Yevlax”dır. Autsayder 16 turda 7 dəfə penalti cəzasına məruz qalıb və hər biri qolla nəticələnib.

Premyer Liqada ən yaxşı penalti vuran Toral Bayramovdur. “Qarabağ“ın futbolçusu 4 penaltini də maksimum dəyərləndirib. Ən çox penalti qurtaran isə “atlılar”ın qapıçısı Mateuş Koxalskidir. Qolkiper təyin edilən 5 penaltidən 2-ni qurtarıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
32
futbolpress.az

1Sources