EN

Səfir rəsmi Bakının Kremldən tələblərini xatırlatdı

Bakı "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) istismar etdiyi "Embraer 190" təyyarəsinin qəzaya uğraması ilə bağlı araşdırmanın tamamlanmasını və təzminatların tezliklə ödənilməsini gözləyir.

"Yeni Sabah" lenta.ru-ya istinadla xəbər verir ki, Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev bildirib.

O, faciəyə görə məsuliyyət daşıyanların məsuliyyətə cəlb ediləcəyinə ümid etdiyini bildirib.

"Oktyabrın 9-da Düşənbədə verilən bəyanatlar və əldə olunan razılaşmalar bu istiqamətdə mühüm addımdır", - diplomat qeyd edib.

R. Mustafayev əlavə edib ki, təyyarə qəzası ilə bağlı məsələlərin operativ və ədalətli həlli bu gün Moskva-Bakı münasibətlərində fundamental məsələdir.

2024-cü il dekabrın 25-də Azərbaycan Hava Yollarına (AZAL) məxsus J2-8243 reysi ilə Bakıdan Qroznıya uçan "Embraer 190" təyyarəsi Qazaxıstanın Aktau yaxınlığında qəzaya uğrayıb. İlkin araşdırmaya görə, təyyarə Qroznıya yaxınlaşarkən Rusiyanın “Pantsir-S” hava hücumundan müdafiə sistemi tərəfindən hücuma məruz qalıb.

Təyyarədə 67 nəfər (62 sərnişin, 5 ekipaj üzvü), o cümlədən 42 Azərbaycan vətəndaşı (37 sərnişin, 5 ekipaj üzvü), 16 Rusiya, 6 Qazaxıstan və 3 Qırğızıstan olub. Otuz səkkiz nəfər öldü, 29 nəfər sağ qaldı.


Telegram kanalımız
Chosen
54
yenisabah.az

1Sources