EN

“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsinin nəticələri açıqlanıb

Bakı, 25 dekabr, AZƏRTAC

Elm və Təhsil Nazirliyi tərəfindən 2025-ci ildə həyata keçirilən “Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsinin nəticələri açıqlanıb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, müsabiqəyə ümumilikdə 107 layihə təqdim olunub. Bütün layihələr əvvəlcə texniki ekspertiza mərhələsindən keçirilib və nəticədə onlardan 99-u məzmun qiymətləndirilməsi mərhələsinə buraxılıb. Məzmun qiymətləndirilməsi mərhələsində layihələr 100 ballıq şkala ilə 9 meyar əsasında qiymətləndirilib və ən yüksək bal toplayan layihələr Prezidentin müvafiq Fərmanına uyğun olaraq Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Gənclər Fondu ilə razılaşdırılıb. Nəticə etibarilə qeyri-hökumət təşkilatları tərəfindən daxil olmuş 16 layihəyə qrant ayrılıb.

Müsabiqə nəticəsində qrant ayrılmış layihələrlə buradan tanış olmaq mümkündür.

Chosen
48
2
azertag.az

5Sources