EN

Paşinyan Putinlə Naxçıvandan keçəcək dəmir yolunu müzakirə edib

Azpost saytından verilən məlumata görə, ain.az xəbər verir.

Sankt-Peterburqda Rusiya Prezidenti Vladimir Putinlə görüşün əsas mövzulardan biri Ermənistan ərazisində Cənubi Qafqaz Dəmir Yolu (CQDY) şirkətinin konsessiya idarəçiliyində olan dəmir yolu sahələrinin bərpası olub.

Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün brifinqdə bildirib.

Onun sözlərinə görə, söhbət İcevan, Yerasx (Arazdəyən) və Axurikdə yerləşən, Ermənistanı Azərbaycan, Naxçıvan və Türkiyə ilə birləşdirən dəmir yolu xətlərindən gedir.

Paşinyan vurğulayıb ki, dəmir yolu xətlərinin bərpası zamanı prosesi ləngidən hər hansı problemlər yaranarsa, Ermənistan onları dövlət vəsaiti hesabına müstəqil şəkildə bərpa etməyə hazırdır.

AzPost.az

Paylaş

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
11
13
azpost.info

10Sources