ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Cari ilin 11 ayında manatın xarici valyutalara nisbətən ümumi nominal effektiv məzənnəsi 103.4 faiz bəndi təşkil edib.
Oxu.Az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici aylıq ifadədə 0.5 faiz bəndi çox, ötən ilin eyni dövrü ilə müqayisədə isə 4.1 faiz bəndi azdır.
Həmçinin manatın qeyri-neft sektoru üzrə nominal effektiv məzənnəsi 175.5 faiz bəndi təşkil edib ki, bu da aylıq müqayisədə 0.2 faiz bəndi çox, ötən ilin eyni dövrü ilə müqayisədə isə 4.9 faiz bəndi azdır.
Bundan başqa, 2025-ci il dekabrın 1-nə manatın ümumi real effektiv məzənnəsi 116.3 faiz bəndi təşkil edib. Bu, aylıq müqayisədə 0.9 faiz bəndi çox, illik müqayisədə isə 6.3 faiz bəndi azdır.
Həmçinin hesabat dövründə manatın qeyri-neft sektoru üzrə real effektiv məzənnəsi 112.6 faiz bəndinə bərabər olub ki, bu da aylıq ifadədə 0.2 faiz bəndi çox, illik ifadədə isə 6.4 faiz bəndi azdır.
Elmidar Əliyev
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.