EN

Dubaydan uçan təyyarədə ŞOK ANLAR: Azərbaycanlının 77 min dollarını oğurlamaq istədilər

Sinqapurda mÉ™hkÉ™mÉ™ 26 yaÅŸlı Çin vÉ™tÉ™ndaşı Liu MinÉ™ “Singapore Airlines” reysindÉ™ baÅŸqa bir sÉ™rniÅŸinin baqajını oÄŸurlamaÄŸa cÉ™hd etdiyinÉ™ görÉ™ 20 ay azadlıqdan mÉ™hrumetmÉ™ cÉ™zası verib.

Bizim.Media xarici mediaya istinadla bildirir ki, hadisÉ™ Dubay–Sinqapur marÅŸrutu üzrÉ™ uçuÅŸ zamanı baÅŸ verib. MÉ™hkÉ™mÉ™nin mÉ™lumatına görÉ™, Liu biznes-klass salonuna digÉ™r sÉ™rniÅŸinlÉ™rin qiymÉ™tli əşyalarını oÄŸurlamaq niyyÉ™ti ilÉ™ daxil olub. O, 52 yaÅŸlı AzÉ™rbaycan vÉ™tÉ™ndaşı vÉ™ onun hÉ™yat yoldaşından bir neçə sıra irÉ™lidÉ™ oturub.

Şam yeməyindən sonra, salonun işıqları azaldılan zaman Liu azərbaycanlı yatmış sərnişinin yerinə yaxınlaşıb və onun çantasını yuxarı baqaj rəfindən götürüb. Lakin zərərçəkənin həyat yoldaşı oyanaraq bunu görüb. O, stüardessaya müraciət etdikdən sonra Liu çantanı yerinə qaytarıb və guya çantaları səhv saldığını bildirib.
 

Təyyarə Çanqi hava limanına endikdən sonra ekipaj hadisə barədə hava limanı xidmətlərinə məlumat verib və Liu saxlanılıb. Zərərçəkənin çantasında təxminən 77 min ABŞ dolları dəyərində nağd pul və qiymətli əşyalar olub: bunlara noutbuk, bahalı saatlar və siqar kolleksiyası daxildir.


Həmçinin qeyd olunur ki, istintaq zamanı Liu polislərlə əməkdaşlıq etməyib və təsadüfi səhv versiyasında israr edib. Halbuki onun şəxsi çantası zərərçəkənin çantasından açıq şəkildə fərqli imiş. (Lent.az)

Bizim.Media

Chosen
33
2
bizim.media

3Sources