Footbal-plus saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Məlum olduğu kimi Türkiyədə oyunlara pul qoyuluşu qalmaqalında həbs edilənlərdən biri də ''Qalatasaray''ın üzvü Metehan Baltacıdı. 23 yaşlı müdafiəçi ilə bağlı tədqiqat və məhkəmə prosesləri hələ bir müddət davam edəcək. Bu arada İstanbul nəhənginin rəsmisi və idarə heyətinin üzvü Eray Yazqan klubun öz futbolçusunu tək buraxması, eləcə də onun arxasında durmaması ilə bağlı iradlara cavab verərək bunları deyib:
''Metehan Baltacını yalqız buraxmağımızla bağlı ictimaiyyətdə formalaşan fikir yanlışdı. Onun məhkəməsinə bizim idarə heyətimizin üzvü Can Natan, eləcə də baş vəkilimiz iştirak etmişdi. Metehanın öz vəkili də orda idi. Bundan başqa bəzi yönəticilərimiz onu ziyarət edib. Məhkəmə prosesi davam etdiyi üçün geniş açıqlama vermək düzgün deyil. Biz Metehana güvənirik. 18 min lirəlik bir məbləğdən söhbət gedir. Başqa klubda icarədə oynadığı dönəm ilə əlaqəli bir durumdu. Bu prosesin sonunda Metehanın günahsız sayılacağına inanırıq. Onun müvəqqəti həbsinə də rəsmi olaraq etirazımızı bildirmişik''.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.