EN

Xankəndidə silahlı təxribat planlaşdıran erməniəsilli şəxs 16 il azadlıqdan məhrum edilib

Xankəndidə terrorçuluq və digər xüsusilə ağır cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli sakin Avanesyan Karen Albertoviçin cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

Aznews.az xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim İlkin İbişovun sədrliyi ilə keçirilən prosesdə Karen Avanesyan son söz deyib.

Müşavirədən sonra hökm oxunub. Hökmə əsasən, Karen Avanesyan 16 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, dövlət ittihamçısı Karen Avanesyanın 18 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Chosen
30
9
aznews.az

10Sources