EN

Gəncə Yeni ili qarşılamağa hazırlaşır VİDEO

ain.az, Bizim media saytına istinadən bildirir.

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilin gəlişi münasibəti ilə Gəncənin mərkəzi meydanı bəzədilib.Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Yeni ilin simvolu sayılan küknar ağacı artıq bəzədilib.Bakı Abadlıq Xidməti və Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin əməkdaşları tərəfindən qurulan yolkanın hündürlüyü təxminən 10 metrdir. Küknar ağacı 250-ə yaxın müxtəlif oyuncaqlar və işıq effektləri ilə bəzədilib. Yolkanın ətrafında Şaxta baba, Qar qız və nağıl qəhrəmanları üçün xüsusi yerlər hazırlanıb.Bundan başqa meydanın müxtəlif yerlərində xüsusi işıq effektləri ilə təchiz olunan fiqurlar böyüklərin və uşaqların marağına səbəb olur.Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilin gəlişi münasibəti ilə Gəncə şəhərinin bir sıra prospekt və küçələri rəngli işıqlarla da bəzədilir.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
89
1
bizim.media

2Sources