525.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
ABŞ-ın Havay adalarındakı Kilauea vulkanı yenidən püskürüb.
525.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb. Bildirilib ki, püskürən lavanın hündürlüyü 425 metrə çatıb.
Qeyd edək ki, dünyanın ən aktiv vulkanlarından biri olan Kilauea bir ildir ki yenidən fəallaşıb. Vulkan 23 dekabr 2024-cü ildən 23 dekabr 2025-ci ilə qədər 39 dəfə püskürüb.
Xatırladaq ki, 2018-ci ildə eyni vulkanda baş verən və təxminən 3 ay davam edən püskürmələr 700-dən çox evi məhv edib.
İbrahim Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.