EN

Yer kürəsində maqnit qasırğası başladı

ain.az, Milli.az portalına istinadən məlumat yayır.

Dekabrın 25-də Milad günü Yer kürəsində maqnit qasırğası ehtimal olunur.

Milli.Az xəbər verir ki, bu barədə Britaniya Geoloji Xidməti məlumat yayıb. Bildirilir ki, gözlənilən maqnit qasırğası zəif intensivlikdə olacaq, lakin buna baxmayaraq, bəzi insanlar onun təsirini hiss edə bilər.

Alimlərin açıqlamasına görə, Yer hazırda böyük bir tac dəliyindən yayılan yüksək sürətli günəş küləyi axınının təsir zonasında qalmaqdadır. Son 24 saat ərzində geomaqnit sahəsində aktivlik müşahidə olunub.

Mütəxəssislər bu gün ərzində də geomaqnit şəraitinin aktiv ola biləcəyini və qasırğanın G1 səviyyəsinə qədər yüksəlmə ehtimalının mövcud olduğunu qeyd edirlər. Proqnozlara əsasən, günəş küləyinin sürətinin artmaqda davam edəcəyi gözlənilir.

Asya

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
22
1
news.milli.az

2Sources