EN

“Roma” İngiltərə klubuna rəqib oldu

“Mançester Siti”nin hücumçusu Omar Marmuş “Roma”nın maraq dairəsinə düşüb.

Msport.az xəbər verir ki, paytaxt klubu misirli futbolçunu qış transfer pəncərəsində heyətinə qatmağı planlaşdırır.

Ancaq romalıları bu transferdə ciddi rəqabət gözləyir. Belə ki, “Tottenhem” də Marmuşun xidmətində maraqlıdır və daha əvvəl 26 yaşlı futbolçunu yanvarda icarəyə götürmək niyyətində olduğunu bildirmişdi.

Marmuş cari mövsümdə bütün turnirlərdə ümumilikdə 15 oyunda meydana çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə verib. Onun “Mançester Siti” ilə müqaviləsinin müddəti 2029-cu ilə qədərdir.

Chosen
76
msport.az

1Sources