“Turan Tovuz”un qış hazırlıq planı bəlli olub.
"Football-plus.az" xəbər verir ki, bu barədə klub məlumat yayıb.
Beləliklə, komanda yanvarın 4-də Türkiyəyə yola düşəcək. Antalyanın Belek bölgəsində məskunlaşacaq Tovuz təmsilçisi Türkiyə toplanışını yanvarın 18-dək davam etdirəcək.
Baş məşqçi Kurban Berdıyev toplanış çərçivəsində 2 yoxlama görüşündə komandanı sınaqdan keçirəcək. Rəqiblərin kimliyi və oyunların tarixləri barədə əlavə məlumat veriləcək.