EN

Audiovizual Şurada “Dövlət qulluğunda etik davranış, korrupsiya riskləri və hüquqi məsuliyyət” mövzusunda seminar keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikası Prezidentinin 4 aprel 2022-ci il tarixliSərəncamı ilə təsdiq edilmiş "Korrupsiyaya qarşı mübarizəningücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli FəaliyyətPlanı"na uyğun olaraq 25 dekabr 2025-ci il tarixində AzərbaycanRespublikası Audiovizual Şurası aparatının əməkdaşları üçün "Dövlətqulluğunda etik davranış, korrupsiya riskləri və hüquqi məsuliyyət"mövzusunda seminar təşkil olunub.

Trend xəbər verir ki, bubarədə Audiovizual Şura məlumat yayıb.

Seminarı açan Audiovizual Şuranın Aparat rəhbəri Fazil Novruzovbildirmişdir ki, dövlət qulluqçusu olmaq yalnız peşə deyil, eynizamanda böyük ictimai etimad və məsuliyyət deməkdir. Vətəndaşlarındövlətə olan inamı birbaşa dövlət qulluqçusunun davranışından,qərarlarından və qanuna münasibətindən asılıdır. Bu baxımdankorrupsiyaya qarşı mübarizə, etik davranış qaydalarına riayət vəhüquqi məsuliyyət məsələləri xüsusi əhəmiyyət kəsb edir.

Daha sonra Hüquq və beynəlxalq əməkdaşlıq şöbəsinin başməsləhətçisi Ayxan Sadıqlı mövzu üzrə geniş təqdimat vermişdir. O,"Dövlət qulluğu haqqında", "Dövlət qulluqçularının etik davranışqaydaları haqqında", "Korrupsiyaya qarşı mübarizə haqqında"Azərbaycan Respublikasının Qanunlarında təsbit olunmuş normalarhaqqında geniş məlumat vermiş, dövlət qulluqçuları tərəfindən etiknormalara riayət edilməsinin vacibliyini nəzərə çatdırmışdır.Həmçinin, bu tələblərə riayət edilməməsinin intizam, inzibati vəcinayət məsuliyyəti yaratdığı barədə məlumat verilib. Seminardamaraqların toqquşması, korrupsiya hüquqpozmaları, korrupsiyayaşərait yaradan hüquqpozmalar və dövlət qulluqçularından gözlənilənetik davranış qaydaları praktiki nümunələr əsasında izahedilib.

Audiovizual
Audiovizual
Audiovizual
Audiovizual
Audiovizual
Audiovizual
Audiovizual
Məqalədə:
Chosen
18
az.trend.az

1Sources