EN

Türkiyəli qolkiper A Seriyası yolunda

Fanat saytından verilən məlumata görə, ain.az xəbər verir.

İtaliya nəhəngi “Milan” qapıçı mövqeyi ilə bağlı mühüm qərar ərəfəsindədir.

Fanat.Az xəbər verir ki, klub əsas qapıçısı Mayk Meynanın yeni müqavilə təklifinə müsbət yanaşmamasından sonra alternativ variantlara baxmağa başlayıb.

Bu çərçivədə “Milan”ın Fransanın “Lill” klubunda çıxış edən Türkiyə millisinin qapıçısı Berke Özerə rəsmi transfer təklifi göndərməyə hazırlaşdığı bildirilir.

“Rossoneri” rəhbərliyi Meynanla müqavilə məsələsində qeyri-müəyyənlik yarandığı üçün qapıçı mövqeyində riskə getmək istəmir və Berke Özeri ciddi namizəd kimi dəyərləndirir.

Qeyd olunur ki, “Lill” forması ilə sabit çıxışı ilə diqqət çəkən Berke Özerə başqa klubların da marağı var.

Kamil Xudiyev

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
24
1
fanat.az

2Sources