EN

25 dekabr qiyaməti YALAN ÇIXDI: Saxta peyğəmbər “Mercedes” ALDI

Qanalı peyğəmbər “dünyanın sonu”nu təxirə saldı: İnsanlar gəmi növbəsindədir

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Məlumata görə, Qanadan olan Ebo Noy adlı saxta peyğəmbər 2025-ci il dekabrın 25-də dünyanın sonunun gələcəyini iddia edibmiş. O bəyan edib ki, Allah yuxuda ona bəşəriyyətin böyük hissəsini məhv edəcək yeni Böyük daşqın barədə xəbərdarlıq edib.

Xilas olmaq üçün Ebo Noy səkkiz ədəd gəmi inşa etdirib və onların yüz milyonlarla insanı tutacağını vəd edib.

Minlərlə adam ona inanaraq əmlaklarını satıb, pullarını ianə edib və bu gün “gəmilərdə” yer tutmaq üçün nəhəng növbələrə düzülüblər.

Lakin vaiz gözlənilmədən fəlakətin təxirə salındığını açıqlayıb. O iddia edib ki, guya Allah bəşəriyyətə daha çox vaxt verib və tikinti işlərini genişləndirməyi tapşırıb.

Maraqlı məqam ondadır ki, bu yaxınlarda saxta peyğəmbəri qiyməti 90 000 dollar (təxminən 153 000 manat) olan yeni “Mercedes”in sükanı arxasında görüblər.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
84
interpress.az

1Sources