EN

Kərkicahanda əsaslı təmir edilən məktəb müasir təhsil şəraiti ilə təchiz edilib

Xankəndi. Trend:

Kərkicahan qəsəbəsində 624 şagird yerlik məktəbin binasındaəsaslı təmir işləri yüksək keyfiyyətlə və qısa müddətdəaparılıb.

Bunu Trend-inbu gün Qarabağ Bürosunun əməkdaşına açıqlamasında Qarabağ regionlaTəhsil İdarəsinin müdiri Sənan Mənsimli bildirib.

O qeyd edib ki, uzun bir fasilədən sonra Kərkicahan qəsəbə 1saylı tam orta məktəbi doğma yurduna dönən sakinlərin ixtiyarınaverilib:

"Əsaslı təmirdən çıxan məktəbdə müasir təhsil sistemi üçün hərcür şərait yaradılıb. 624 şagird yerlik məktəbin binasında əsaslıtəmir işləri yüksək səviyyədə və qısa müddətdə həyata keçirilib.Burada ümumilikdə 17 sinif otağı, informatika, hərbi hazırlıq,biologiya, STEAM, kimya, laboratoriyalar, texnologiya, fizika,dərnək, həmçinin məktəbəqədər hazırlıq otaqları, o cümlədən idmanvə akt zalları, kitabxana, oxu, yeməkxana müəllim və şagirdlərinixtiyarına veriləcək. Binadakı otaqların hamısı zəruri tədrisvəsaiti ilə təchiz edilib. Bundan başqa, məktəbin həyətyanısahəsində açıq idman meydançası da yaradılıb. Qeyd edək ki,işğaldan azad edilmiş torpaqlarımızda təhsil ocaqlarının müasirlayihələr əsasında yenidən qurulması, laboratoriyaların, fənnkabinetlərinin, idman zallarının, oyun meydançalarının inşası,zəruri tədris avadanlığı ilə təchizi olunması, təhsilmüəssisələrində çalışan müəllimlərin və təhsil alan şagirdlərinhərtərəfli şəraitlə təmin olunmalarına hədəflənib".

S. Mənsimli vuğulayıb ki, görülən bütün işlər, işğaldan azadolunmuş torpaqlarımızda sosial həyatın canlanmasına töhfəverir.

Chosen
71
az.trend.az

1Sources