EN

Maradonanın cırılmış forması hərracda 152 min avroya satıldı


Əfsanəvi argentinalı hücumçu Dieqo Maradonanın 1984-cü ildə “Barselona” və “Atletik Bilbao” arasında keçirilən Kral Kuboku finalında geyindiyi forma hərracda rekord qiymətə satılıb.
Yeniavaz.com
“Mundo Deportivo” nəşrinə istinadla xəbər verir ki, forma 23 faiz komissiya da daxil olmaqla 152 min avroya alınıb.
“Matchday Football Auctions” şirkətinin məlumatına görə, bu, Maradonanın forması üçün ödənilən rekord qiymətdir.
Qeyd edək ki, Maradonanın geyindiyi forma kataloniyalıların 1984-cü ildə İspaniya Kubokunun finalında “Atletik”ə 0:1 hesabı ilə məğlub olduqları oyun zamanı yaranan qarşıdurma nəticəsində cırılıb. Formanı matçdan sonra “Barselona”nın avadanlıq şöbəsində işləyən qadın əməkdaşı paltardəyişmə otağında taparaq xatirə kimi saxlayıb. Daha sonra o, formanı tanışına hədiyyə edib. Forma illərlə həmin şəxsin ailəsində qorunub və yalnız 40 ildən sonra varisi tərəfindən hərraca çıxarılıb.
Chosen
77
yeniavaz.com

1Sources