EN

DTX-nın saxladığı Saleh Səmədovun həbs müddəti uzadıldı

Bakı. Trend:

İmişli Rayon Ağsaqqallar Şurasının keçmiş sədri Saleh Səmədovunhəbs müddəti uzadılıb.

Trend xəbər verir ki, bubarədə Səbail Rayon Məhkəməsində istintaq orqanı tərəfindən verilənvəsatətə baxılıb.

Məhkəmənin qərarı ilə Saleh Səmədov barəsində seçilmiş həbsqətimkan tədbirinin müddəti 3 ay uzadılıb.
Saleh Səmədov AR Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi iləittiham olunur.

Qeyd edək ki, Saleh Səmədov Dövlət Təhlükəsizliyi Xidmətitərəfindən həbs edilib.
O, həmçinin mayın 13-də İmişli Rayon Ağsaqqallar Şurasının sədrivəzifəsindən azad edilib.

Chosen
77
30
az.trend.az

10Sources