EN

Yenilənmiş 50 manat dövriyyəyə buraxılıbVİDEO

Ölkədə yenilənmiş 50 manat dövriyyəyə daxil edilib.

Xezerxeber.az-ın məlumatına görə, bu gündən etibarən Mərkəzi Bankının sədri Taleh Kazımovun imzasının əks olunduğu yenilənmiş 50 manatlıq kağız pul nişanları tədavülə buraxılır.

Mərkəzi Bankdan o da qeyd olunub ki, ölkədə problemli kreditlərin həcmi 12,3 faiz artıb. Bu il dekabrın 1-nə ölkədə vaxtı keçmiş kreditlərin məbləği 557,6 milyon manat təşkil edib. Bu isə noyabrın 1-i ilə müqayisədə 2,35 % çoxdur. Yəni, ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 24,2 %, son 1 ildə isə 12,3 % artıb.

Bununla yanaşı olaraq bildirilib ki, gələn il Mərkəzi Bank pul siyasətinə 8 dəfə baxmağı planlaşdırır.

“Mərkəzi Bankın oktyabr ayına olan son proqnozlarına görə, 2026-cı ildə illik inflyasiyanın 5.7% olacağı gözlənilir. Hökumətin, beynəlxalq maliyyə-kredit təşkilatlarının və beynəlxalq reytinq agentliklərinin proqnozları da inflyasiyanın növbəti ildə əsasən bu diapazonda qalacağını göstərir",- deyə Mərkəzi Bankən məlumatında bildirilir. Həmçinin qeyd edilib ki, ötən ay nağdsız kart ödənişlərinin həcmi 8 milyard manata yaxınlaşıb. Mərkəzi Bankın məlumatına əsasən keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 12.2 % artıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Chosen
77
xezerxeber.az

1Sources