EN

İki “dahi” oğrunun sonu: Bankomatı YOLDA İTİRDİLƏR – VİDEO

ABŞ-da gülməli oğurluq cəhdi baş verib.

İnterpress.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.

Məlumata görə, ABŞ-da iki “zəka sahibi” mağazadan bankomat oğurlamağa cəhd edərkən uğursuzluğa düçar olub.

Oğrular trosun bir ucunu əvvəlcədən qaçırdıqları avtomobilə, digər ucunu isə bankomata bağlayıblar. Onlar bankomatı yerindən qoparıb sürüyərək aparmaq istəyiblər.

Lakin qənimət əldən çıxıb. Belə ki, qaçış zamanı bankomat trosdan qoparaq yola düşüb və oğrular hadisə yerindən əliboş uzaqlaşmalı olublar.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
74
interpress.az

1Sources