EN

Ankarada Azərbaycanın və Türkiyənin görkəmli şairlərinin xatirəsi anıldı

Dekabrın 25-də Ankaranın Sosial Elmlər Universitetində (ASBÜ) Azərbaycanın və Türkiyənin Dövlət himnlərinin müəllifləri olan görkəmli şairlər – Əhməd Cavad və Mehmet Akif Ərsoyun xatirəsinə həsr edilmiş anım tədbiri keçirilib.

Publika.az xəbər verir ki, tədbirin təşkilatçıları ölkəmizin Türkiyədəki səfirliyi, ASBÜ-nün rektorluğu və Əhməd Cavad adına Ankara İnstitutu olub.

Tədbirdə Ankaranın valisi Vasip Şahin, ASBÜ-nün rektoru, professor Musa Kazım Arıcan, Böyük Millət Məclisinin deputatları, diplomatlar, Türkiyə Yazıçılar Birliyinin nümayəndələri, alimlər, ekspertlər, iki qardaş ölkənin ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əhməd Cavadın və Mehmet Akif Ərsoyun həyat yoluna həsr olunmuş qısametrajlı filmlər nümayiş etdirilib.

Əhməd Cavad adına İnstitutun rəhbəri, Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) liderinin baş müşaviri, professor Ruhi Ərsoy Azərbaycanın ədəbi-bədii fikir tarixinin görkəmli nümayəndələrindən olan, ömrünün son anınadək xalqın və bütün Türk dünyasının ideallarına sadiq qalmış Əhməd Cavad irsinin xüsusi əhəmiyyətini vurğulayıb.

Chosen
66
3
publika.az

5Sources