EN

"Dostyana söhbətə Mehriban Əliyeva da qoşulub" - Zaxarova

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə Azərbaycan Prezidenti İlham Əliyevin Sankt-Peterburqda keçirilən qeyri-rəsmi MDB sammitində iştirak etməməsi ilə bağlı açıqlama verib.

"Unikal" xəbər verir ki, o, Rusiya Prezident Administrasiyasının əvvəllər bu məsələ ilə bağlı ətraflı izahat verdiyini vurğulayıb.

"Qeyd edilib ki, Rusiya tərəfi Azərbaycan Prezidentinin sıx iş qrafiki səbəbindən Sankt-Peterburqda keçirilən qeyri-rəsmi MDB sammitində iştirak edə bilmədiyini başa düşür. Dünən, 24 dekabrda Rusiya Prezidenti telefon danışığı zamanı Azərbaycan Prezidentini ad günü münasibətilə səmimi qəlbdən təbrik edib. Onlar Rusiya-Azərbaycan müttəfiqlik münasibətlərinin hərtərəfli möhkəmləndirilməsinə qarşılıqlı sadiqliklərini bir daha təsdiqləyiblər. Gələcəkdə şəxsi əlaqələr barədə razılığa gəlinib. Bir daha vurğulayıram ki, dostcasına xarakter daşıyan söhbətə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva da qoşulub. Qarşıdan gələn Yeni il bayramları münasibətilə ən xoş arzular bildirilib", - deyə Zaxarova bildirib.

Chosen
77
1
unikal.az

2Sources