Bakı. Trend:
Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları BaçoAxalayanı oktyabrın 4-də Tbilisidəki prezident sarayına basqınınəsas təşkilatçısı kimi saxlayıblar.
Trend-inməlumatına görə, bu barədə Dövlət Təhlükəsizlik Xidməti rəisininbirinci müavini Laşa Maqradze brifinqdə deyib.
"Toplanan dəlillərə əsasən, Gürcüstanda 4 oktyabr hadisələrininəsas təşkilatçısının şəxsiyyəti təsdiqlənib. Müvafiq olaraq, Baçana(Baço) Axalayanı saxladıq", - deyə L. Maqradze bildirib.
O əlavə edib ki, keçmiş nazirin həyat yoldaşı Ani Nadareişvilionunla birlikdə saxlanılıb, lakin təhlükəsizlik qüvvələri onusərbəst buraxıb. Onun işi ilə bağlı istintaq davam edir.