EN

“Avtobusun sürücüsü barəsində qanuna müvafiq tədbir görülməklə inzibati tənbeh tədbiri tətbiq edilib”

ain.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Sosial şəbəkədə yayılan videoda bir avtobus sürücüsünün yol hərəkəti qaydalarını pozaraq şlaqbaumun endiyi vəziyyətdə dəmir yol xəttinə çıxmağa cəhd etdiyi görünür. Avtobus şlaqbaum qalxdıqdan sonra qarşı tərəfdən gələn avtomobillərin hərəkətini mümkünsüz edib. Bu, hər an faciəyə səbəb ola biləcək təhlükəli vəziyyət yaradır və digər yol iştirakçılarının həyatını riskə atır. Görüntülər sosial şəbəkələrdə yayılıb və narazılıqla qarşılanıb.

Hadisə ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə sorğu ünvanladıq. Qurumdan Bizimyol.info xəbər portalının sorğusuna cavab olaraq bildirilib ki, sosial şəbəkələrdə avtobusun yol hərəkəti qaydalarını pozması ilə bağlı yayılan görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb və qeyd olunan faktla bağlı avtobusun sürücüsü barəsində qanuna müvafiq tədbir görülməklə inzibati tənbeh tədbiri tətbiq edilib.

Günel Həsənova, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
34
icma.az

1Sources