EN

161 mindən çox müraciət daxil olub



2025-ci təqvim ili ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə 161 422 müraciət daxil olub.
Müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ həll olunub, digərləri isə araşdırmaya yönləndirilib.

Newscenter.az-ın məlumatına görə, statistikaya əsasən, BŞTİ-nin 146-1 nömrəli Çağrı Mərkəzinə 94 323 zəng daxil olub.

BŞTİ-nin rəhbərliyi və struktur bölmə rəhbərləri tərəfindən 3 578 vətəndaşın müraciəti dinlənilib, müvafiq təşkilati və maarifləndirmə tədbirləri görülüb.

Həmçinin Vətəndaşların Qəbulu Mərkəzinə 30 050 müraciət daxil olub.

33 471 sənəd (vətəndaşlar tərəfindən 9 126 ərizə, 5 483 elektron müraciət, Elm və Təhsil Nazirliyindən 4 878, digər qurumlardan 2 847, tabelikdə olan təhsil müəssisələrindən 6 365 məktub və 4 772 kadr ərizəsi) daxil olub.

Ruhiyyə Mehdiyeva
Chosen
29
3
newscenter.az

4Sources