Hindistan hakimiyyəti Çinlə mümkün münaqişəyə hazırlaşmaq məqsədilə Himalay dağlarında yolların, tunellərin və uçuş-enmə zolaqlarının tikintisinə yüz milyonlarla dollar vəsait xərcləyir.
APA xəbər verir ki, bu barədə ABŞ-ın "The Wall Street Journal" qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, Hindistan qış aylarında təcrid vəziyyətində qalan yüksək dağlıq əraziləri hərbi postlar və mülki yaşayış məntəqələri ilə birləşdirməyi planlaşdırır.