Tibo Kurtua "Real Madrid" klubundan ayrıla bilər.
Ölkə.az xəbər verir ki, belçikalı qolkiper karyerasını Səudiyyə Ərəbistanı liqasında davam etdirə bilər.
Məlumata görə, Kurtuaya ümumi məbləği 90 milyon avro olan 3 illik müqavilə təklif edilib.
Qeyd edək ki, Madrid klubunun 33 yaşlı qapıçısının müqaviləsi 2027-ci ilin iyununa qədərdir.(oxu.az)