EN

ABŞ ordusu bu ölkədə HƏRƏKƏTƏ KEÇDİ

ABŞ Nigeriyada İŞİD terror qruplaşmasının mövqelərinə zərbə endirib.

Publika.az xəbər verir ki, barədə ABŞ prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində bildirib.

“O bu gün axşam, baş komandan kimi əmrimlə, ABŞ-ın Nigeriyanın şimal-qərbində İŞİD terrorçularına güclü zərbə endirdiyini elan edirəm” — deyə o yazıb.

Tramp noyabrın 1-də Pentaqona Nigeriyaya qarşı potensial hərbi tədbirlər hazırlaması üçün göstəriş vermişdi. Onun sözlərinə görə, bu ölkədə xristianlıq “mövcudluq təhlükəsi” ilə üzləşib.

ABŞ Prezidenti həmçinin bildirib ki, əgər Nigeriyada vəziyyət dəyişməsə, Vaşinqton Abucaya olan bütün yardımı dərhal dayandıracaq və amerikalı hərbçiləri ölkəyə göndərə bilər.

Chosen
71
publika.az

1Sources