EN

Sabirabadda kombayn kanala aşıb, sürücü ölüb

Sabirabadda kombayn kanala aşıb.

  

APA-nın məlumatına görə, hadisə Sabirabad rayonunun Sarxanbəyli kəndində qeydə alınıb.

 

Kənd sakini, 1988-ci il təvəllüdlü Kərimov Nurlan Zəbulla oğlu idarə etdiyi pambıqyığan kombaynla kəndin ərazisindəki “Mil-Muğan” dren-kollektorun üzərindəki körpüdən keçərkən körpünün uçması nəticəsində kombayn kanala aşıb. Nəticədə sürücü hadisə yerində ölüb.

 

Faktla bağlı araşdırma aparılır.

Chosen
31
11
senzor.az

10Sources