GlobalInfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Son vaxtlar Dövlət Gömrük Komitəsi (DGK) sistemində baş verən neqativ hallar müxtəlif platformalarda müzakirə edilir. Nüfuzlu ekspertlər, sahə mütəxəssisləri, media DGK-da davam edən rüşvət və korrupsiya oyunları barədə yazır, danışır, bunun qarşısının alınması yolları barədə təkliflər səsləndirir.
“Globalinfo” xəbər verir ki, Real partiyasının sədri, iqtisadçı ekspert Natiq Cəfərli mövzu ilə bağlı sosial şəbəkə hesabında DGK-nın fəaliyyətindən bəhs edən yazı paylaşıb:
“Gömrük Komitəsinə ünvanladığım tənqidlərə, bu qurumun ayrıca, müstəqil xidmət kimi fəaliyyətinə ehtiyac olmadığına, Gömrük Komitəsinin ya Maliyyə, ya da İqtisadiyyat nazirliyinin nəzdində kiçik bir departament kimi, özü də, vətəndaşla birbaşa təmas qurmadan fəaliyyət göstərməsi təkliflərinə DGK-dən cavab veriblər. Əvvəla, cavabla heç razı olmasam da, faktın özünə görə, diskussiyaya daxil olmaq cəhdlərinə görə təşəkkür edirəm.
Əsas tezisləri odur ki, rüşvət, korrupsiya vicdan məsələsidir, hər yerdə var, bu problemə qarşı mübarizə aparılır.
Hörmətli DGK, rüşvət, korrupsiya vicdan məsələsi deyil, sistem və idarəetmə məsələsidir, vicdan mənəvi kateqoriyadır, bunun rüşvət və korrupsiya ilə heç bir əlaqəsi yoxdur və ölkəmizdə bunu sübut edən örnəklər var.
Məsələn, cəmi 20 il öncə ölkədə xarici pasport almaq zülm idi, vətəndaş gecədən növbəyə dururdu, növbənin özü belə satılırdı. Pasportu tez almaq üçün 200-300 manat rüşvət vermək lazım idi, açıq şəkildə alver gedirdi və bu vicdansızlıq deyil də, “oyun qaydası” idi.
ASAN xidmət yaradıldı, indi pasportu növbəsiz, zamana uyğun əsnək tariflə, rəsmi ödənişlə növbəsiz alırsan, gülərüz işçilər tərəfindən xidmət görürsən.
Hörmətli DGK, tək elə bu misalda, sizcə vicdan yuva saldı insanlarda, ya “oyun qaydası”, sistem dəyişdi?!
Gömrük Komitəsinin ayrıca qurum kimi işləməsi, özlərinin istintaq və cəza qurumlarının mövcud olması effektiv deyil, sistem və yanaşma dəyişməlidir. Paralel olaraq da, sıfırdan yeni Gömrük Məcəlləsi yazılıb, qəbul edilməlidir”.
Globalinfo.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.