EN

“Şəhərsalma və Memarlıq İli” Qarabağın daha innovativ və zövqlü qurulmasına öz töhfələrini verəcək



"XXI əsrin ilk illərindən başlayaraq Azərbaycan, paytaxt Bakı şəhəri də daxil olmaqla geniş tikinti meydançasına çevrilmiş və tikinti sənayesi qeyri-neft sektorunun aparıcı sahəsi olmuşdur. Sürətlə böyüyən tikinti şirkətləri təkcə ölkə daxilində deyil, həmçinin xarici ölkələrdə də uğurlu layihələrə imza atmışdırlar".

Newscenter.az xəbər verir ki, bunları siyasi şərhçi Elçin Ağamalı deyib. O, prezidentin imzaladığı sərəncam əsasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsinə də diqqət çəkib və bildirib ki, bu addım Qarabağ və Şərqi Zəngəzurda tikinti və yenidənqurma işlərini yeni bir mərhələyə keçirəcək:

"Torpaqlarımız işğaldan azad edildikdən sonra Qarabağda həyata keçirilən tikinti quruculuq işlərinin ilk illərində əsasən böyük infrastruktur layihələri həyata keçirildi və yaşayış üçün alt zəmin hazırlandı. Bundan sonra isə daha çox yaşayış məntəqələrinin tikintisi nəzərdə tutulur. Məhz bu səbəbdən yeni şəhərsalma və memarlıq yanaşmalarının tətbiqi, bu sahəyə marağın stimullaşdırılması üçün 2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan edildi. Heç şübhəsiz ki, tikinti sahəsində çalışan elm adamlarımız, arxitektor və memarlarımız dövlətin yaratmış olduğu bu fürsətdən yararlanacaq və Qarabağın, Şərqi Zəngəzurun daha innovativ və zövqlü qurulmasına öz töhfələrini verəcəklər".

Süleyman
Chosen
25
1
newscenter.az

2Sources