EN

“BeKind” cəmiyyətinin təsisçisi: Xüsusi inkişaf xüsusiyyətləri olan uşaqlara qayğı bütün cəmiyyətin məsuliyyətidir

ain.az, Azertag saytına istinadən bildirir.

Bakı, 26 dekabr, Anara Axundova, AZƏRTAC

Yeni il ərəfəsində “Ana Məktəb” uşaq bağçası xeyriyyə yarmarkası təşkil edib. Uşaq bağçasının tərbiyəçiləri valideynləri ilə birlikdə ev şəraitində hazırladıqları təamları tədbirin qonaqlarına təqdim ediblər. Yarmarka çərçivəsində toplanan bütün vəsait “BeKind” cəmiyyətinə ianə olunub. Həmin vəsait cəmiyyət tərəfindən xüsusi inkişaf xüsusiyyətləri olan uşaqları böyüdən ehtiyaclı ailələr arasında ərzaq məhsulları üçün hədiyyə kuponları şəklində paylanılıb.

AZƏRTAC-ın müxbiri ilə söhbətində “BeKind” cəmiyyətinin təsisçisi Şirin Rzayeva bu cür aksiyaların keçirilməsinin nə dərəcədə vacib olduğunu bildirib.

“Xüsusi qayğıya ehtiyacı olan uşaqlar diqqətə, qayğıya və dəstəyə çox ehtiyac duyurlar. Onlara və ailələrinə davamlı şəkildə yardım göstərmək imkanlarının tapılması son dərəcə önəmlidir ki, onlar tək olmadıqlarını, talelərinə biganə qalmayan bir cəmiyyətin mövcud olduğunu hiss etsinlər. İnkişaf xüsusiyyətləri olan uşaqlara qayğı bütün cəmiyyətin məsuliyyətidir. Daimi dəstək hər bir uşağın, eləcə də onun ailəsinin özünü gərəkli və qorunan hiss etdiyi bir mühitin formalaşmasına kömək edir”, – deyə Şirin Rzayeva vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
100
azertag.az

1Sources