EN

QHT sədri: "Həssas qrupların problemlərinin həlli daim diqqət mərkəzindədir"

"Azərbaycan Əlillər Cəmiyyəti İctimai Birliyi “Əlilliyi olan şəxslərin sosial müdafiəsinə dəstək” layihəsini yüksək səviyyədə icra etdi. Layihənin əsas məqsədi həssas qrupların sosial rifahının gücləndirilməsi, onların cəmiyyətə inteqrasiyasının dəstəklənməsi və məşğulluq imkanlarının artırılmasıydı".

Bu sözləri Azərbaycan Əlillər Cəmiyyəti İctimai Birliyinin sədri Xədicə Mikayılova QHT.az-a bildirib. Onun sözlərinə görə, “Əlilliyi olan şəxslərin sosial müdafiəsinə dəstək” layihəsi çox uğurla başa çatdı. Bunu tədbirlərdə iştirakçıların minnətdqarlıq sözləri deməyə əsas verir:

"Yardımlıda tədbir iştirakçıları Ədalət Qarayev, Fədrəddin Mirzəyev, Mayılxan Əliyev müxtəlif problemlərlə bağlı müraciət etdilər.Yardımlı rayon icra hakimiyyətinin nümayəndəsi Şakir Kərimov bu problemlərin həllində icra hakimiyyətinin nümayəndəsi kimi kömək edəcəyinə söz verdi. Layihə rəhbəri Xədicə Mikayılova məsələlərin həllinə İctimai Birlik nəzarətdə saxlayacaq. Ağdam rayonunda rayonunda əlil və şəhid ailələrindən Yasəmən Quliyeva, Aysel İsmayılova,Səbuhi Məmmədli, Adil Ələsgərov  işlə təmin, sosial problemlərin həllində dəstək istədilər, Xədicə Mikayılova onlara rəsmi ərizə yazmalarını xahiş etdi. Müraciətlərlə bağlı İctimai Birlik adından aidiyyəti qurumlara məktublar göndərəcəklərlər. Məsələnin həllini İctimai Birlik nəzarətdə saxlayacaq".

QHT sədri həmçinin bildirib ki, Bərdə rayonunda İlhamə  Məmmədova, Gülnarə Rəhimova əlliyin uzadılması ilə bağlı dəstək olmağımızı xahiş etdilər. Xədicə Mikayılova Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət ediləcəyinə söz verdi.

Chosen
23
qht.az

1Sources