Türkiyə milli komandasının və "Real Madrid" klubunun futbolçusu Arda Gülerə bənzərliyi ilə sosial şəbəkələrin gündəminə çevrilən gənc qız qısa müddətdə populyarlaşıb.
Hafta.az xəbər verir ki, paylaşılan fotoşəkil bir çox istifadəçi tərəfindən süni intellekt məhsulu hesab edilsə də, yaranan müzakirələrdən sonra Kübranur Akkurt adlı qız açıqlama verib.
Arda Gülerin üz cizgilərinə və mimikalarına bənzərliyi ilə diqqət çəkən qız görüntünün tamamilə real olduğunu vurğulayıb.
Onun sözlərinə görə, paylaşılan fotoşəkilin süni intellektlə hər hansı bir əlaqəsi yoxdur:
"Süni intellekt deyiləm. Marağınız üçün təşəkkür edirəm".